Qrup siyasəti və qrup daxili qaydalar
Diqqət : Qeydiyyatdan keçdiyiniz təqdirdə qaydaları qəbul etmiş olursunuz.
1. Qrup Məqsədi və Əlaqələr
• Qrup, tanışlıq yeri deyil. Sevgi, eşq və məhəbbət mövzularında müzakirə etmək qadağandır. Bu qaydalara əməl etməyənlər qrupdan kənarlaşdırılacaqdır.
2. Reklam və Mərc Oyunları
• Mərc oyunlarının elanlarını, kupon linklərini, reklamları və afişaları qrupda paylaşmaq qadağandır. Bu cür paylaşım edənlər qrupdan xaric ediləcəkdir.
3. Narahat Edici Davranışlar
• Qızlara və ya oğlanlara özəldən başqa niyyətlə yazmaq və ya narahat etmək qadağandır. Bu davranışlar qrupdan xaric edilmə ilə nəticələnəcəkdir.
4. Qrupdan Çıxış
• Səbəbsiz və xəbərsiz qrupdan çıxan üzvlər geri qəbul edilmir.
5. Görüş Zamanı Etika
• Görüşlər zamanı dalaşmaq və anarxiya yaratmaq, etikadan kənara çıxmaq qadağandır. Bu cür hallar qrupdan xaric edilməyə səbəb olacaqdır.
6. Reklam və Afişaların Paylaşılması
• İdarə heyətindən icazəsiz reklam və afişaların paylaşılması qadağandır.
7. Qrupdan Kənarda Görüşlər
• “Öz Aramızda” üzvləri ilə qrupdan kənarda görüş təşkil etmək və bu barədə idarə heyətinə məlumat verməmək qadağandır.
8. Görüşlərə Qeyri-Üzv Daxil Edilməsi
• Görüşlərə qeyri-“Öz Aramızda” üzvləri ilə gəlmək icazəsizdir. Görüşdən əvvəl idarə heyətinə bildiriş verilməlidir.
9. Şəkil və Video Paylaşımı
• Görüşlərdən çəkilən şəkil və videolar sosial mediada paylaşılacaq. Əgər paylaşılmasını istəmirsinizsə, şəkil çəkdirməyə bilərsiniz.
10. Ödəniş və İptal Şərtləri
• Görüşlərə qeydiyyat və ödəniş etdikdən sonra, 28 saat qalmış ləğv edildikdə ödəniş qaytarılmır. 36 saat qaldıqda isə ödənişin 60%-i geri qaytarılır. Ödəniş son gün içərisində edildikdə, 4 saat sonra ödəniş geri qaytarılmayacaqdır.
11. Qaydalara Uyğunluq
• Bu qaydaları qəbul edərək qrupa daxil olursunuz. Qaydalara əməl etməyənlər qrupdan kənarlaşdırılacaq.
Qaydaların Açıqlamaları:
• Tanışlıq və Əlaqə: Görüşlər zamanı tanış olanlar bir-birini narahat edə bilməz. Bu qayda pozulduqda, pozan şəxs qrupdan bir dəfəlik kənarlaşdırılır.
• Qruplar və Qruplaşmalar: Görüşlərdə tanış olanlar arasında real və ya virtual qruplar yaratmaq qadağandır. Bu, təşkilatçılar tərəfindən kənarlaşdırılma ilə nəticələnir.
• Siyasi, Dini və Cinsi Müzakirələr: Görüşlərdə bu mövzuların müzakirəsi qadağandır. İlk dəfə pozulsa xəbərdarlıq, təkrar edildikdə isə müvəqqəti kənarlaşdırma tətbiq olunur.
• Spirtli İçkilər: Görüşlərdə spirtli içki qəbul etmək, gətirmək və ya istifadə etmək qadağandır. Yalnız uyğun olan görüşlərdə, təşkilatçı tərəfindən müəyyən edilmiş şəkildə icazə verilə bilər.
• Etika və Davranış: Görüşlərdə etik normalardan kənar hər hansı bir davranış, vulqar və ya təhqiredici ifadələr istifadə etmək qadağandır. Bu qaydanı pozan şəxslər müvəqqəti və ya bir dəfəlik qrupdan kənarlaşdırılacaqdır.